top of page
csharp_nedir_ne_ise_Yarar-850x478.jpg

"Group-2303"

Yanvar qrupumuzdan sonra, növbəti başlayacaq qrupumuz olan "2303" qrupuna qoşulmaq üçün ilk öncə siz imtahanda iştirak edir və imtahan nəticəsindən asılı olaraq növbəti mərhələyə keçirsiniz. Növbəti mərhələdə sizi ümumi bir interview gözləyir. Qrupa qoşulmaq üçün əsas imtahan nəticələri vacibdir. İmtahan sistemi ona görə tədbiq edilir ki, məntiqi və alqoritmik düşünmə bacarığı və ya ümumi komputer istifadəsi barədə bilikləri tamamilə olmayan biri hər zaman qrupu geri sala bilər. Bütün bunları nəzərə alıb imtahan tədbiq edilir.

Nələr tədris olunacaq?

Dərs Proqramı bölməsində qeyd olunduğu kimi, siz coder olaraq yox, əsl bir proqramçı olaraq yetişəcəksiniz. Sizi əsl proqramçı edən və işə qəbul zamanı interview'da digər namizədlərdən fərqləndirən hamının gözündən qaçan, kiçik incəliklər var. Bir proqramçını digərlərindən fərqləndirən bu kiçik incəlikləri bilmək və biliklərə tam yiyələnmək sizin mükəmməl bir proqramçı olduğunuzu bildirir. Bunlar nələrdir? Dəyişənlərin RAM'da necə saxlanılmasını, necə və nə zaman "düşməsini", cihazlardakı RAM'ların işləmə prinsiplərini və bir-birlərindən fərqini, proqramlaşdırma paradigmalarını bilmək, OOP barədə dərin biliklərə sahib olmaq və s.. Burda saya bilmədiyim qədər, həddindən artıq çox incəliklər və mövzular var.

Dərslər həftədə 6 saat olmaqla, 7 ay davam edir. Qrupda və ya bir tələbəmdə belə mövzularda əksiklik və ya zəyiflik hiss etdiyim zaman qrupla və ya tələbəmlə 8-ci aya da davam edirəm. Təbii ki, 8-ci ayın ödənişini almıram. Burada mənim məqsədim sizin tamamilə yetişmiş bir proqramçı olaraq bu sahə üzrə özünüzə karyera qura bilməyinizdir.

Dərs proqramı ümumi proqramlaşdırmanın fundamentalından başlamaqla backend proqramçı yetişdirməyi hədəfləyir. Bu proqrama eyni zamanda Windows Forms da daxildir. Windows Forms'da siz həm kiçik proqramlar yığaraq real praktika etmiş olursunuz həm də kiçik oyunlar yazaraq alqoritmik düşünmə bacarığınızı inkişaf etdirirsiniz. Oyun yazmaq alqoritmanı inkişaf etdirməyin ən gözəl yoludur!

Mənim öncəki qruplarımda iştirak edən tələbələrim arasında hal-hazırda avropa və amerika şirkətlərində işləyənlər də var. Hal-hazırda davam edən bir qrupumdan iki tələbəm deyərdim ki, ən uğurlu tələbələrimdən oldular. Biri artıq bir şirkətdə proqramçı olaraq işləyir, digəri isə artıq işə qəbul olub sadəcə kursun bitməsini gözləyir. Bunlar onların öz uğurlarıdır! Mən sadəcə yol göstərdim :)

Əlavə olaraq burdan da məlumat ala bilərsiniz.

bottom of page