top of page

Müəlliminizi tanıyın!

Salam, mənim adım Orxan'dır və 28 yaşım var. 2018-ci ildən etibarən mərkəzi ofisi London'da yerləşən və avropa ölkələrində fəaliyyət göstərən pul köçürmələrini və digər ödəniş növlərini təmin edən Opal Transfer şirkətində proqramçı olaraq işləyirəm. Eyni zamanda da, Kiev və İstanbulda iki ayrı şirkətdə baş proqramçı (part-time) işləyirəm. Lakin, tələbələrim mənim üçün çox önəmli olduğu üçün artıq 2022-ci ilin aprel ayından etibarən Kiev'dəki işimlə vidalaşmalı oldum :)

Tədris prosesində istifadə etdiyim dərslik (syllabus) Estoniyadakı bir Code Academy/Camp üçün hazırladığım dərs proqramıdır. Dərs proqramı haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz.

London'dakı işimdən əvvəl Azərbaycanda müxtəlif şirkətlərdə, dövlət qurumlarında və nazirliklərdə də proqramçı/baş proqramçı vəzifələrində işləmişəm.

Proqramlasdirmakurslari.az saytına nəzər yetirsəniz görərsiniz ki, saytın məzmununu həddindən artıq rəsmi dildən və korporativlikdən uzaq, əvəzində səmimi və hamının asan anlaya biləcəyi bir dildən hazırlamağa çalışmışam. 

 Mən sizi tam əmin edə bilərəm ki, mən sizə Azərbaycanda proqramlaşdırma tədrisi sektorunda bu günə qədər olmayan bir tədris planı təklif edirəm!

İstər mənim tələbəm olun, istərsə də olmayın! Bunun heç bir fərqi yoxdur. Əgər bu sahəyə yeni başlayırsınızsa və nə edəcəyinizi bilmirsinizsə, mənimlə əlaqə saxlaya bilərsiniz! Yetər ki, bu sahəyə marağı olan insanlar kənarda qalmasın.

3_edited.jpg
bottom of page