top of page

Hacker kimdir? Hər proqramçı "hacker"-dir?


Hacker kimdir?

Yazımda bundan sonra xakker adlandıracağım "hacker"lər barədə biraz məlumat vermək istəyirəm. İlk öncə hər kəsi də maraqlandıran sualı cavablandırım.


-Hər proqramçı xakkerdir?

+Xeyr!


-Hər proqramçı potensial bir xakkerdir?

+Bəli!


Niyə hər bir proqramçı potensial bir xakkerdir onu açıqlayım. Bıçaqdan istifadə edirsiniz? Edirsiniz... Nə üçün? Məsələn mən alma, qarpız, çörək, pendir və s. qidaları doğramaq üçün istifadə edə bilirəm.

Ancaq bıçaqdan pis məqsədlər üçün də istifadə edə bilərik elə deyil? Məsələn bir insana xəsarət yetirmək üçün...


Bu nümunə qələm, açar və ya hər hansısa bir küt alət üçün də keçərlidir. Yəni, biz açarla bir qıfılı və ya qapını açmaq, qələmlə yazı yazmaq əvəzinə xəsarət yetirmək üçün də istifadə edə bilərik. Önəmli olan niyyətdir!


Eyni qaydada da, proqramçı müəyyən biliklərə sahib olur. Məsələn bir veb sayt, mobil proqram və ya desktop proqram yığmaq kimi biliklərə yiyələnir. Bıçaq, açar və qələm!


Bəs bu bilikləri nə üçün istifadə edəcək? Əsas məsələ budur. Ölkədə ən son çox sayda insana maddi zərər vuran instaPower adlı proqramı da, bir proqramçı hazırlamışdı. Ya da, Kevin Mitnick, Adrian Lamo, Albert Gonzalez, Anonymous, Michael Calce kimi məşhu xakkerlər (və ya qrupları) kimi! Onlarda proqramlaşdırmanı bilən biriləri idi. Sadəcə, bıçaqla alma, qarpız və çörək kəsməmişdilər!


Yəqin ki, nə demək istədiyimi anladınız. Xakkerliyin tarixinə keçmədən əvvəl bir şeyi bildirmək istəyirəm. Bir də, bıçağı tuta bilməyənlər var ;)


Tarixi nədir?

1960...

60-cı illərdə xüsusilə Massachusetts Texnologiya Universitetindən (Massachusetts Institute of Technology) ortaya çıxmağa başlayan xakkerlər daha aktiv idi.


1970

70-ci illərdə mobil xakkerlər ortaya çıxmağa başladı. Xüsusilə də, beynəlxalq mobil şəbəkə sistemlərinə hücum edən xakkerlər ödənişsiz telefon danışıqları təmin edirdi. John Draper məsələn...


1980

Artıq 80-ci illərdə mobil xakkerlər komputer sahəsinə "girişməyə" başladı. O dövrlərdə BBS texnologiyası ortaya çıxdı və xakkerlər bank kartları məlumatlarını paylaşırdı. Məsələn amerikadakı Legion of Doom və ya Almaniyadakı Chaos Computer Club xakker qruplaşmaları bu işlərlə daha çox məşğul olurdu. Hətta William Gibsom (kitab müəllifi) Neuromancer adlı fantastik romanında "cyber world" anlayışından istifadə etdi. Hətta 80-ci illərdə bir çoxlarınızın daha əvvəl eşitmədiyi "Computer Emergency Responce Team" adlı bir xüsusi komanda yaradıldı. Bu komandanın vəzifəsi, xakker hücumlarından müdafiə idi.


1986 (Amerikada konstutsiyada xakkerliyə cəza tədbiq edildi)

Amerika konqresi komputer sistemlərinə hücumları cinayət olaraq hesab edəcək qanun qəbul etdi! Ancaq bu qanun, müəyyən yaşın altında olan şəxslərə şamil edilmirdi...


1989 Almaniya və "KQB"

Almaniyada xakkerlər amerikadakı dövlət qurumlarının və şirkətlərinin məlumatlarını KQB'ə satdığına görə həbs edildi. Amerika xüsusi xidmət orqanlarına aid olan, 1990-cı ildəki "Sundevil" əməliyyatını internetdən araşdıra bilərsiniz.


2001: DNS hücumu

Microsoft'un DNS'lərinə hücum edildi. Milyonlarla istifadəçi bir neçə saat ərzində microsoft'un xidmətlərindən istifadə edə bilmədi.

Recent Posts

See All
bottom of page