top of page

Method'lar nə işə yarayır?



Method nədir?


Methodlar müəyyən bir işi bir neçə yerdə görəcəyiksə, onun funksionallığını hər dəfə təkrar-təkrar yazmaq əvəzinə bir yerdə yazıb bir neçə yerdə istifadə etməyə imkan verir. Eyni zamanda da bu bizim kodda dəyişiklik etməyimizi də asanlaşdırır. Fərz edək ki, proqramımızda bir funksionallıq 10 yerdə ayrı-ayrı yazılıb və həmin funksiyanın müəyyən bir hissəsini dəyişmək istəyiriksə gərək o funksionallığı harda yazmışıqsa, yəni 10 yerdə o dəyişikliyi edək. Ancaq biz funksionallığı bir method içində yazıb o method'u 10 yerdə çağırsaq, o zaman nə vaxtsa işin logic hissəsində bir dəyişiklik etmək istəsək artıq 10 yerdə nəyisə dəyişmək əvəzinə gedib method'un içində yəni bir yerdə dəyişikliyi edəcəyik və bu 10 yerə təsir edəcək. C#'da məsələn Console app'da və ya WinForm'da Main methodu proqrama giriş methodudur. Yəni, hər şey Main methodunun içində başlayır. Hətta biz Main methodunu silsək və ya adını dəyişdirsək, programı run edə bilmərik. Ümumilikdə methodları növlərə ayırsaq, 4 növə ayıra bilərik.

  1. Hər-hansısa dəyər almayıb və heç bir dəyər qaytarmayan method.

  2. Hər-hansısa dəyər alıb bu dəyərlərlə müəyyən işlər görən ancaq heç bir dəyər qaytarmayan method.

  3. Heç bir dəyər almayıb, ancaq müəyyən işlərin nəticəsində bir dəyər qaytaran method.

  4. Həm dəyər alıb, həm də dəyər qaytaran method.

Ancaq bunları izah etmək üçün sadaladım ümumilikdə iki cür methodumuz var. Bir return type method'lar, birdə void type method'lar. Ekrana salam yazdırmaq üçün bir method yazmaq istəyiriksə, Program class'ımızın içində bir method təyin etmək üçün aşağıdakı kimi method'umuzu təyin edirik.


static void SayHello()
{
   Console.WriteLine("Salam");
}

Method'u Program class'ının içində istifadə etmək üçün sadəcə çağırmağımız kifayətdir.


static void Main(string[] args)
{
   SayHello();
}

Yuxarıdakı nümunədə void type method təyin etdik. Return type method'lar isə, mütləq şəkildə bir dəyər qaytaran method'lardır. Yəni, method işini bitirdiyi zaman hər-hansısa bir tipdə data qaytarmalıdır. İndi aşağıda decimal tipində bir dəyər qaytaran və parametr alan method yətin edəcəm.


public decimal Multiplication(decimal num1, decimal num2)
{
   decimal result = num1 * num2;
   return result;
}

Təyin etdiyimiz Multiplication adlı method 2 decimal tipində parametr qəbul edir (num1 və num2).

Ötürdüyümüz bu dəyərlərin vurma nəticəsini return açar sözüylə method'un çağrıldığı yerə qaytarır.


decimal result = Multiplication(15, 10);

Kodla bağlı hər-hansısa çətinliyiniz yaranarsa müraciət edib kömək istəyə bilərsiniz :)

 

Proqramlaşdırma'ya yeni başlayırsınızsa və ya proqramlaşdırma kursları axtarırsınızsa, bizə müraciət edə bilərsiniz.


Recent Posts

See All
bottom of page